hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Bizə dedilər ki, Laçında qala bilərik” - Erməni icmasının “rəhbəri”

“Bizə dedilər ki, Laçında qala bilərik” - Erməni icmasının “rəhbəri”

"Bizə indi dedilər ki, Laçındakı ermənilər qalıb burada yaşaya bilərlər".

Cebhe.info xəbər verir ki, bunu Laçında məskunlaşan erməni icmasının “rəhbəri” Narek Aleksanyan deyib.

Onun sözlərinə görə, dünən onlara şəhəri tərk etmək deyilsə də, bu gün başqa söz deyilib: "Bizə dedilər ki, qala bilərik. Amma bilmirəm insanlar qalacaq, yoxsa yox. Heç 1 saat sonra vəziyyətin necə dəyişəcəyini də bilmirik".

O bildirib ki, müharibə günlərində bir çox erməni Laçını tərk edib. Onlar əmlaklarını da ərazidən çıxarıblar: "Şəhərin son statusu bəlli olana qədər də geri qayıtmaq niyyətində deyillər".

Aleksanyanın sözlərinə görə, o özü hazırda şəhərdədir və orda çox sayda insan var.

Xatıladaq ki, işğala qədər Laçında ermənilər yaşamayıb.

Onlar bura işğaldan sonra köçürülərək məskunlaşıblar.

Azərbaycan, Rusiya və Ermənsitan rəhəbrlərinin 10 noyabrda imzaladığı bəyanata əsasən, Laçın 1 dekabrda Azərbaycan tərəfinə təhvil veriləcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6447

Bizim Telegram səhifəmizi izləyin