hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

“Bizə ən uyğunu Çin peyvəndidir” - Professor müzakirlərə qoşuldu

“Bizə ən uyğunu Çin peyvəndidir” - Professor müzakirlərə qoşuldu

COVID-19 əleyhinə vaksinləşmə hələ başlanmasa da, preparatlarla bağlı müxtəlif müzakirələr davam edir.

Bəzi qrup mütəxəssizlər iddia edirlər ki, ölkəmizə gətiriləcək Çin istehsalı vaksinlər ucuzdur və xəstəliklə mübarizədə tam kömək etməyəcək. Hətta əks-təsir göstərə biləcəyi iddiası da səsləndirilir.

Digər qrup isə Çin istehsalı olan vaksinlərin koronavirusla mübarizədə effektiv olacağına inanır.

Bu barədə Cebhe.info-ya açıqlamasında professor Adil Qeybulla bildirib ki, Azərbaycana gətiriləcək vaksinlər bizə ən uyğun olanıdır:

“Bilirsiniz ki, vaksinlərin çoxsaylı növləri var. Onların bəzisi virusun zəiflədilmiş, artıq xəstəliktörətmə qabiliyyətini itirmiş formasıdır ki, bədənə yeritməklə immuntet yaranmasına nail olunur. Bu zaman orqanizm özü əks-cisimlər hazırlayır və immunitet yaranır. Çin istehsalı olan vaksinlərə dırnaqarası yanaşmaq olmaz. Onlar ənənəvi üsulla hazırlanıb. Buna görə də onların immunitet yaratma faizi də yüksəkdir. Amerika istehsalı olan vaksinlərin daşınmasında, saxlanılmasında xeyli problem olur. Əslində, bizə ən uyğun elə Çin vaksinləridir ki, öz antigen xüsusiyyətini saxlayır, amma xəstəliktörətmə qabiliyyətini itirir”.

Xatırladaq ki, bundan əvvəl həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açqılamasında Çin istehsalı olan peyvəndə o qədər də etibar edilmədiyini bildirmişdi.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 3015

Bizim Telegram səhifəmizi izləyin