hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Bölgədə yeni hərbi ittifaqın şahidi ola bilərik" - RƏY

“Bölgədə yeni hərbi ittifaqın şahidi ola bilərik" - RƏY

"Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi hava qüvvələrinin yaradılması istiqamətində işlər gedir. Regionda üçlük ittifaqı, yeni bir hərbi ittifaqın şahidi ola bilərik".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İslamabadda görüşü, həmçinin hərbi hava qüvvələrinin rəhbərliyinin görüşləri, qarşılıqlı səfərləri yeni bir prosesin əsasını qoyur:

"İngiltərənin bu əməkdaşlıq platformasının yaradılmasında dəstəyi var. İngiltərə-Türkiyə, İngiltərə-Pakistan tarixi əlaqələri var. Bundan əlavə, Londonla Bakının sıx siyasi-iqtisadi əlaqələri məlumdur. Belə bir hərbi əməkdaşlığın yaradılması Azərbaycanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xüsusilə digər ölkələrin təzyiqlərini maksimum zəiflədəcək".

Cebhe.info


Oxunma sayı: 1211

Bizim Telegram səhifəmizi izləyin