hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

“Borçalı” cəmiyyətinin rəhbər strukturları yeniləndi

“Borçalı” cəmiyyətinin rəhbər strukturları yeniləndi

Noyabrın 9-da “Borçalı Cəmiyyəti” ictimai birliyinin növbəti konfransı keçirilib.

Cebhe.info xəbər verir ki, öncə sədrin hesabatı dinlənilib. Sonra sədr cari tədbirlər və perspektivlər haqqında fikirlərini bölüşüb. Daha sonra NTK-nın hesabatı dinlənilib. Hesabat məruzələri ərtafında çıxışlar dinlənilib. İdarə Heyətinin yeni tərkibi fəxri üzvlərlə birlikdə yekdilliklə təsdiqlənib. NTK-nın əvvəlki tərkibinə  təkrar etimad göstərilib. İdarə Heyətinin yeni tərkibinə Zəlimxan Məmmədli, Sabir Aşurov, Akif Acalov, Mahmud Hümbətov, Hüseyn Yadigarov, Salman Murğuzlu, Qiymət Məhərrəmli,  Elbəyi Cəlaloğlu, Azad Əbdürrəhmanlı, Akif Nəsibov, Gülü Tomarlı, Osman Əhmədoğlu, Nargilə Mehtiyeva, İsmixan Məmmədli, Mustafa Vəliyev, İlham Mirzəliyev, Valeh Məmmədli seçilib. 

“Borçalı” cəmiyyətinin gələcək fəaliyyəti proqramı təkliflərlə birlikdə qəbul edilib, Azərbaycan və Gürcüstanın müvafiq qurumlarına mövcud problemlərlə bağlı müraciət olunması qərara alınıb.
Aydın
Cebhe.info


Oxunma sayı: 925