hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Böyük Ermənistan daha olmayacaq” - Rus politoloq bölgədəki reallıqdan yazdı

“Böyük Ermənistan daha olmayacaq” - Rus politoloq bölgədəki reallıqdan yazdı

Rusiyalı politoloq Dmitri Yevstafyev özünün “Facebook” səhifəsində Qarabağla bağlı danışıqlara toxunub.

Cebhe.info-nun məlumatına görə, ermənilərə rəğbəti ilə seçilən Yevstafyev eyni zamanda, onları illuziyalardan əl çəkməyə və yeni reallıqlara uyğun yaşamağa çağırıb. Ekspert bu mövzuda açıq danışmaq istəmədiyini qeyd edib.

“Dağlıq Qarabağla bağlı danışıqlardan söz açmaq istəməzdim. Ancaq müxtəlif şərhləri oxuduqdan sonra bir neçə xoşagəlməz şeylər söyləməyə qərar verdim. “Böyük Ermənistan” olmayacaq. Ermənistan dənizdən-dənizə, Los-Ancelesdən Beyruta qədər olmayacaq. Paşinyana görə yox. Paşinyan bir simptomdur. Millətin daxildən “yanmasının” əlamətidir. Çünki o, böyüklük yükünü daşıya bilmir və istəmir”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, bundan sonra Ermənistanın gələcəyi ilə bağlı proqnozlarını verib:

“Ermənistanın və erməni xalqının gələcək mövcudluğu ilə bağlı iki mümkün nəticə çıxartmaq olar. Ən azından növbəti 20 il üçün. Hər ikisi, qorxuram, xoşa gəlməsin. Birinci variantda Ermənistan Böyük Rusiyanın etnoqrafik vilayətinə çevrilən kiçik ölkədir. Kalininqrad kimi, lakin daha yaxşı lojistik şərtlərlə. O, çoxvektorlu, bəlkə də bitərəf Azərbaycanla həmsərhəddir. İkinci variantdakı Ermənistan tamamilə kiçikdir. Osmanlı İmperiyasının Bakı vilayətində etnoqrafik valiliyə çevrilir. Ancaq görməli, ağıllı bir seçim etmək üçün sakitləşməli, oturmalı və ətrafına baxmalısan. Başa düşməlisən ki, Ermənistanın və Dağlıq Qarabağın Rusiyanın hərbi və iqtisadi zəmanətləri altında "Şimal-Cənub" dəhlizinə daxil edilməsi Ermənistanın və erməni xalqının xilasıdır”.

Politoloq hesab edir ki, iqtisadi cəhətdən deqradasiyaya uğrayan bir anklavın dəyişməsi vacibdir və müdafiə olunmalıdır:

“Ən azı özünü sosial və iqtisadi cəhətdən dəstəkləməyi bacarmalıdır. Əgər erməni xalqı, Paşinyan deyil, məhz erməni xalqı bu seçimin əhəmiyyətini anlaya bilmirsə, o zaman Rusiya nə edə bilməyəcək. Yeni dünya qəddardır. Bütün xəyalları süpürür. Onun daxilində yaşamağı öyrənməlisən”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1035

Bizim Telegram səhifəmizi izləyin