hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

“Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

Sentyabrın 22-də Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında eyniadlı tamaşanın nümayişi olacaq.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. 

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 485