hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Brent” neftinin qiyməti 38 dolları ötdü

“Brent” neftinin qiyməti 38 dolları ötdü

Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:28-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 38,17 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 36,11 ABŞ dolları olub.

Cebhe.info


Oxunma sayı: 1739