hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Bu, ABŞ tarixinin ən böyük səhvidir” - Tramp

“Bu, ABŞ tarixinin ən böyük səhvidir” - Tramp

"Fələstin və Səudiyyə Ərəbistanının İsrail ilə razılaşan ölkələrə qoşulmasını gözləyirəm".

Cebhe. info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında “normallaşma” sazişlərinin imzalanmasına vasitəçilik etdiklərini xatırladan Tramp bu sazişə qoşulmaq istəyən ən az 4-5 ölkənin olduğunu vurğulayıb. İllərdir Orta Şərqdəki çöl qumlarının "qanla dolu" olduğunu ifadə edən Tramp bildirib ki, ABŞ tarixində etdiyi ən böyük səhv Yaxın Şərqə girmək olub:

“Oraya getdik və hər iki tərəfdən çox sayda insan öldü. Bu dəhşətli bir səhv idi”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 639