hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

“Bu dərmanlar koronavirusu müalicə etmir” - Nazirdən XƏBƏRDARLIQ

“Bu dərmanlar koronavirusu müalicə etmir” - Nazirdən XƏBƏRDARLIQ

Qazaxıstanın apteklərində satılan dərmanlar koronavirusu müalicə etmir.

Cebhe.info xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoi brifinqdə deyib.

Onun sözlərinə görə, bu dərmanların tədarükü və alınması qaydalarına yenidən baxılacaq:

“Sosial şəbəkələrdə və şəxsi yazışmalarda müxtəlif təxribat xarakterli məlumatlar əhalinin kütləvi surətdə apteklərə axın etməsinə səbəb olub. Xüsusilə hərarətsalıcı dərmanların alışına böyük ehtiyac yaranıb. Ölkədə bu dərmanların istehsalı kifayət qədərdir və bölgələrə çatdırılma var”, - deyə Tsoi deyib.

Nazir qeyd edib ki, yerli istehsalçılar həftənin sonuna qədər bütün anbarlara və bölgələrə hərarətsalıcı dərman dəstlərini, eləcə də 70 min paket “Inqavirin” və 49 min paket “Teraflyu” çatdırmağı planlaşdırıblar.

"Müalicə protokollarına görə, bu dərmanlar ambulator şəraitdə COVID-19 müalicəsində istifadə edilmir. Bununla yanaşı, müalicə protokolu bazardakı dərmanların seçimini genişləndirib. Hazırda ölkənin gömrük anbarlarında tələb olunan dərmanların topdansatış paketlərində sənədləşmə işləri aparılır. Yaxın vaxtlarda bu dərmanlar apteklərə göndəriləcək”, - deyə Səhiyyə naziri əlavə edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2553