hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Bu format Yerevanla Moskvanı narahat edir” - Politoloq

“Bu format Yerevanla Moskvanı narahat edir” - Politoloq

“NATO-nun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsi ilk növbədə Azərbaycanla əlaqələrinin yüksək səviyyəsindən asılıdır. Gürcüstanda hazırda mövqelərini möhkəmləndirən Alyansın əsas fəaliyyət missiyası Azərbaycan daxil olmaqla təhlükəsizlik çəmbəri yaratmaqdır”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Azərbaycanla siyasi və təhlükəsizlik baxımından ikitərəfli əlaqələrə malik olan Alyans Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri də inkişaf etdirir:

“Türkiyə ilə Azərbaycan arasında keçirilən hərbi təlimləri NATO - Azərbaycan təlimləri kimi xarakterizə etmək olar. Gürcüstanın da bu kimi təlimlərdə yer alacağının Qəbələdə keçirilən üç ölkənin müdafiə nazirlərinin görüşündə bildirilməsi, regionda yeni NATO-nun dəstək verdiyi üçlük ittifaqı formalaşacaq. Bununla Türkiyə-Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq formatı regionda Ermənistanın izolyasiyasını dərinləşdirməklə yanaşı, ölkəmizin müdafiə qabiliyyətini yüksəldəcək”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqazda Türkiyənin iştirakı ilə Gürcüstan və Azərbaycan birgə təlimləri yeni situasiya yaradacaq. Bununla da NATO-nun siyasi xəttinə dəstək vermiş olacaq: 

“Üçlük hərbi təlimlərin təkcə terrorizmlə deyil, müdafiə və hücum taktiki təlimlər olması regionda aqressiv siyasət həyata keçirən Rusiya və onun forpostu Ermənistana qarşı Alyansın tədbirlər planı olacaq . Təbii ki, bu format Moskva-Yerevan oxunu narahat edir. Amma, Moskva-Ankara əlaqələrini nəzərə alsaq, hələki Türkiyənin regionda fəaliyyəti Moskvanı narahat etmir. Baş verən proseslər fonunda Kreml çalışacaq ki, Qarabağda Azərbaycana təzyiqlər etsin. Rəsmi Bakı dayanaqlı hücum və taktiki müdafiə imkanları ilə bu provokasiyaların qarşısını almaqla yeni əraziləri, nəzarəti ələ keçirə bilər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1211