hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

“Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir" - Vitse-spiker

“Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir" - Vitse-spiker

"Koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında və zəruri tədbirlər görüldü. Pandemiyaya qarşı mübarizədə görülən işlərin lazımi səviyyədə idarə edilməsinin təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Pandemiyanın təsirini azaltmaq və zərərçəkmiş sahələrdə inkişafı təmin edilmək üçün iqtisadi-sosial paketlər hazırlandı. İşlərin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrıldı. Cənubi Qafqazda ilk dəfə olan tibbi maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələr, bu bəlaya qarşı mübarizə məqsədilə modul və stasionar tibb müəssisələri açıldı".

Cebhe.info xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, görülən işlər bütün dünyada tüğyan edən pandemiyanın ölkəmiz üçün yarada biləcəyi fəsadları minimuma endirməyə hesablanır:

"Həmin zaman Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə aztəminatlı ailələrə yardımlar göstərilməyə başlanıldı. Xeyirxahlıq, vətəndaşların bir-birinə dəstək olması bizim əsas mental xüsusiyyətlərimizdən biri olmaqla yanaşı, vətəndaş cəmiyyəti institutunun əsas prioritet istiqamətlərindəndir. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib təşəbbüsə cəmiyyətin hər bir fərdi könüllü olaraq qatılmağa başladı. Görülən xeyirxah işlərin məntiqi davamı olaraq, deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən ofisimdə (Nərimanov rayonu, Atatürk prospekti 33C, telefon: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35) bu sahədə işləri həyata keçirmək məqsədilə Dəstək və Əlaqələndirmə Mərkəzi yaratdıq. Bildiyiniz kimi hazırda Bakı şəhəri də daxil olmaqla digər iri şəhər və rayonlarımızda karantin rejimi tətbiq olunmaqdadır. Sözügedən karantin rejimi vətəndaşların evdən çıxmaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini özündə ehtiva edir. Sözsüz ki, qeyd olunan bütün bu növdən olan tədbirlər xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilir. Təbii ki, karantin dövrü xüsusilə yaşlılara ehtiyaclarının əldə edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də Mərkəzin əsas funksiyası onlara və aztəminatlı ailələrə ərzaq yardımlarının, ilkin tibbi ləvazimatlarla təmin edilməsini özündə ehtiva edir. Mərkəz tərəfindən müraciətlər əsasında aztəminatlı ailələrə yardımlar göstərilir, onların məişət qayğılarının və çətinliklərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görülür. Eyni zamanda tibbi, kommunal, iaşə və s. çətinliklərlə üzləşən şəxslər Mərkəzə müraciət edir, habelə vətəndaşların aidiyyəti qurumlarla əlaqələndirməsinin həyata keçirilməsi təmin edilir. Mərkəz fəaliyyətə başladığı vaxtdan bu müddət ərzində bir sıra şəxslərin müraciətləri (xüsusilə də alimentin ödənilməməsi, işdən əsassız olaraq çıxarılma) daxil olub, həmin şəxslərə qanunvericiliyin mövcud tələbləri izah edilib, eyni zamanda aidiyyəti qurumlara və məhkəmələrə müraciət etmələri tövsiyə olunub. Həmçinin 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar mövcud pandemiya vəziyyəti səbəbində övladları hərbi xidmətdə olan valideynlərin onları ziyarət etmək imkanları olmadığı üçün övladları ilə əlaqə saxlamaq məqsədilə Mərkəzə müraciət edib. Mərkəz tərəfindən həyata keçirilən “Əsgərimə salam de” layihəsi çərcivəsində onların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə övladları ilə əlaqə saxlamaları təmin edilib. Tezliklə övladlarına qovuşmaqları üçün tibbi-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunub. Ölkə başçısının müxtəlif çıxışlarında dediyi kimi “Biz birlikdə güclüyük”. Bu səbəbdən də hər birimiz “gözəgörünməz düşmənə” qarşı mübarizədə öz məsuliyyətimizi dərk etməli, ehtiyac olmadan evdən çıxmamalı, sosial izolyasiyanı həyata keçirməli, zərurət yaranarsa evdən çıxarkən mütləq tibbi maskadan istifadə etməklə ara məsafəsini qorumalıyıq".

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1508