hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

“Bu məsələ parlament səviyyəsində müzakirə olunur” - Deputat

“Bu məsələ parlament səviyyəsində müzakirə olunur” - Deputat

Enerji içkiləri ilə bağlı yeni sanitariya qaydaları tətbiq edildi.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır.

Enerji içkilərinin etiketlərində mütləq  “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Sözügedən məsələni Cebhe.info-ya şərh edən millət vəkili Musa Quliyevlin sözlərinə görə, bu məsələnin müzakirəsi parlament səviyyəsində müzakirə olunur:

“İlk addım bu enerji içkilərinin reklamının qarşısını almaqdır. İstifadəsi tamamiylə qadağan edilməsə də, azyaşlıların istifadəsini məhdudlaşdırmaq, yetkin yaşlıları isə məlumatlandırmaq nəzərdə tutulur”.
Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 397