hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Bu metod zərərlidir" – Tramp karantinin əleyhinədir

“Bu metod zərərlidir" – Tramp karantinin əleyhinədir

"Sərt karantin gələcəkdə koronavirusun yayılmasına mane olmur”.

Cebhe.info-nun xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Epidemiyanın dünyanın bir çox ölkələrində yenidən inkişaf etdiyini vurğulayan Tramp, insanların özlərini qorumaqda davam etməsinin vacib olduğunu əlavə edib.

Onun sözlərinə görə, karantin rejiminin tətbiqində əsas məqsəd xəstəxanaların tikilməsi, xəstəlik haqqında daha çox məlumat əldə edilməsi, vaksinlər və müalicə üsulları hazırlamaq üçün vaxt qazanmaq idi.

“Bütün ABŞ-lılar bilməlidirlər ki, daimi karantin arzuolunan nəticə əldə etmək üçün əlverişli bir metod deyil. Bu metod zərərlidir", - deyə Tramp əlavə edib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 947