hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Bu, rəzalətdir”- Milli Cəbhə Partiyasından sədr müavininin döyülməsi ilə bağlı BƏYANAT

“Bu, rəzalətdir”- Milli Cəbhə Partiyasından sədr müavininin döyülməsi ilə bağlı BƏYANAT

Xəbər verildiyi kimi Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini Tural İrfana yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində təzyiq edilib.

Cebhe.info xəbər verir ki, partiya sədr müavininin döyülməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deylir: “Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin müavini, ilahiyyatçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Tural İrfana qarşı Abşeron rayonu, Masazır Bələdiyyəsində bələdiyyə üzvləri tərəfindən qanunsuz hərəkətlər, rüşvət tələbetmə, təhqir və döyülmə halı baş verib.

Hazırda məlum özbaşınalıq və cinayət hadisəsi ilə bağlı Abşeron rayon polisi araşdırma aparır, ilkin tibbi məhkəmə ekspertizası təyin edilib. Tural İrfan bu haqda Baş Prokurorluq yanında Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə idarəsinə də müraciət edib. Qeyd edək ki, bu hadisənin deputat Razi Nurullayevin bələdiyyələrlə bağlı məlum tənqidi çıxışından sonra, məhz onun müavininə qarşı törədilməsini məqsədli addım kimi qiymətləndiririk”.

Hadisəni pisləyən Milli Cəbhə Partiyası əlaqədar təşkilatları laqeyd qalmamağa çağırıb:

“MCP və eləcə də partiya sədri deputat Razi Nurullayev bu hadisəni pisləyir, şiddətlə qınayır, dövlət orqanlarını səssiz qalmamağa, bu rəzalətə qısa zamanda hüquqi qiymət verməyə çağırır, hadisədə əli olanların cəzalanmasını tələb edir. Partiya olaraq bu tələbimizin gerçəkləşməsi üçün sonuna qədər mübarizə aparacağıq.

Qeyd edək ki, sədrimiz Razi Nurullayev daim məmur özbaşınalığına, süründürməçiliyinə, vətəndaşların hüquqlarının tapdalanmasına qarşı mübarizə aparır. Parlament kürsüsündə daim vətəndaşların hüquqlarını müdafiə edən bir deputatın partiyasının sədr müavininə qarşı bu özbaşınalıq sadəcə rəzalətdir”.

Cebhe.info


Oxunma sayı: 4709

Bizim Telegram səhifəmizi izləyin