hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Bu saziş hər iki dövlət ücün zəruridir” - Politoloq

“Bu saziş hər iki dövlət ücün zəruridir” - Politoloq

Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyə XİN sözçüləri Ankarada birgə görüş keçirib. 

Tərəflər arasında saziş imzalanıb. Politoloq Ramiyə Məmmədova Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə xarici işlər orqanları arasında imzalanan bu saziş iki dövlət arasındakı diplomatik münasibətlərin güclənməsinə gətirib çıxaracaq.

Politoloq bildirib ki, bu sazişin əsas məqsədi Türkiyə və Azərbaycan arasındakı münasibətlərin həm iki dövlətin cəmiyyətinin xalq diplomatiyası və eləcə də media üstündən düzgün və real məlumatlarının ötürülməsidir. Eyni zamanda hər iki dövlətin mediasının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi prosesinin də çox müsbət addım olduğunu vurğulayan R. Məmmədova bunun gələcək üçün önəmini vurğulayıb: 

“Türkiyədə Azərbaycanı lazımi dərəcədə tanımırlar, yəni biz əslində Türkiyədə gedən proseslərdən daha çox məlumatlıyıq nəinki Türkiyədəkilər bizim haqqımızda. Belə ki, hər iki dövlətin mediasında gedən məlumatlar da çox vaxt birbaşa deyil, saytlardan və ya qəzetlərdə çap edilən məlumatlar götürülərək yenidən işlənib və ya tərcümə edilib məlumat kimi verilir. Ona görə də medianın qarşılıqlı mübadiləsi də bu səpkidən hər iki dövlət ücün zərurətdir”. 

Politoloq deyib ki, sazişin iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətindən başqa həm də diplomatik münasibətlərin gücləndirilməsinə gətirib çıxaracaq:

“Qarabağ müharibəsi haqqında real məlumatların birbaşa verilməsi türk cəmiyyətində olan məlumatsızlığın və caşqınlıqların aradan qaldırmasına köməklik etməlidir. Bu baxımdan sazişin imzalanması əslində hər iki dövlətin həm məlumat mübadiləsi, həm də daha da yaxın münasibətlərin formalaşması baxımından olduqca vacibdir".

Aydın
Cebhe.info


Oxunma sayı: 903