hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Bu şərtlər əleyhimizədir” - Politoloq Lavrovun təklifini şərh etdi

“Bu şərtlər əleyhimizədir” - Politoloq Lavrovun təklifini şərh etdi

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Mili Məclisin sədri Sahibe Qafarova ilə görüşdə beş rayonun qaytarılmasını, kommunikasiyaların açılması və sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd edib. Məsələ ictimaiyyətdə ciddi müzakirələr yaradıb.

Cebhe.info xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Sergey Lavrov açıqlamasında beş rayonun qaytarılması əvəzində Qarabağın statusunu və digər rayonların taleyinin necə olacağından danışmayıb:

“Burada əsas plan beş rayon əvəzinə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır. Bu planda Kəlbəcər, Laçın və Dağlıq Qarabağa toxunulmur. Rusiyanın sülhməramlı qüvvələrinin buraya yerləşdirilməsi bütövlükdə Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununla da öz ərazi bütövlüyünü hərbi yolla həllini üzünə bağlayır. Göründüyü kimi, Sergey Lavrovun bu təklifləri Ermənistanın təklifləridi. Ermənistan 5 rayon əvəzinə Qarabağa müstəqillik tələb edir. Azərbaycan XİN Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbul edilməz olduğunu vurğulamalıdır. Göründüyü kimi, Rusiyanin yanaşması budur və burada əsas məqsəd Qarabağ və iki rayonun Azərbaycandan qopardılması, Rusiya "sülhməramlı" qüvvələrinin yerləşdirilməsidir”.

Politoloq əlavə edib ki, Azərbaycan qəti şəkildə ərazilərin qaytarılması şərti ilə Qarabağa ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət verəcəyini bəyan edib:

“Rusiyanın vasitəçi kimi təklif etdiyi şərtlər bizim əleyhimizədir və Azərbaycan hazırkı kursunu davam etdirib, əraziləri istənilən variantla geri almalıdır. Qeyd edim ki, Rusiya bu təklifi Türkiyə ilə də müzakirə edəcək”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3565

Bizim Telegram səhifəmizi izləyin