hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Bu terror yox, hərbi cinayətdir” – Sahib Məmmədov

“Bu terror yox, hərbi cinayətdir” – Sahib Məmmədov

“Paşinyanın əmri və Ermənistan müdafiə nazirinin rəhbərliyi ilə Gəncəyə ballistik raket atılması hərbi cinayətdir”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bildirib:

“Hərbi cinayət, terror cinayətinə nisbətən daha ağır cinayətdir və bəşəriyyət əleyhinə yönələn 3 əsas beynəlxalq cinayətdən biridir. Digərləri isə soyqırım və insanlıq əleyhinə cinayətlərdir. Azərbaycan və Ermənistanın tərəfdar olmadığı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin statutuna görə hərbi cinayət törədən canilər üçün əməlin ağırlığına görə 30 ilədək və ya ömürlük cəza nəzərdə tutulur. Hərbi cinayətdən fərqli olaraq terror cinayəti ancaq milli çərçivələrdə təqib edilir və milli məhkəmələrdə baxılır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 4071

Bizim Telegram səhifəmizi izləyin