hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

“Bundan sonra da Azərbaycanın yanında olacağıq" - Hulusi Akar

“Bundan sonra da Azərbaycanın yanında olacağıq" - Hulusi Akar

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Qonşu ölkələrlə olan mövzularda üçüncü tərəflərin obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.

Cebhe.info


Oxunma sayı: 518