hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Burada şəfa tapanlar da var”- “Qaloşlu pir”dən kənd həkiminin atası danışdı

“Burada şəfa tapanlar da var”- “Qaloşlu pir”dən kənd həkiminin atası danışdı

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub.

“Qaloş piri”ndə ayinlərdə çox sayda insanın iştirakı müxtəlif cür qarşılanır. 

Sözügedən kəndin tibb məntəqəsinin həkimi Yusifova Xumar Cebhe.info-ya açıqlamasında həmin mərasimdə kütləviliyin olması səbəbindən tibbi yardıma müraciətlərin olmadığını bildirib.  Qeyd edib ki, indiyə qədər mərasimə gələlər tərəfindən belə bir müraciətlə qarşılaşmayıblar.

Kənd sakini, həkimin atası Cavid Yusifovun sözlərinə görə isə sözügedən pir Seyid Miribiş ağaya məxsus olub. O, 1972-ci il 8 iyunda dünyasını dəyişib: “İndi isə nəvələri ona hər il ehsan verir. İstəyən insanlar az məbləğdə pul, buğda və s. nəzirlərini gətirir, bununla da gələnlərə ehsan verilir. Kimsədən pul yığılmır”. 

Cavid Yusifov onu da bildirib ki, Seyid Miribiş ağanın məzarı Gəncə şəhərində yerləşən İmamzadə türbəsinin yanındadır. İstəyənlər hər həftənin 5-ci günü oranı ziyarət edirlər. 

Kənd sakini iddia edib ki, ziyarətgaha gedənlərdən şəfa tapanlar da olub: “Pirdə isə başa çəkilən qaloş deyil, Seyidin papağı olur”. 

Əli Bədirli 
Cebhe.info

 


Oxunma sayı: 2465