hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Buraxılış məntəqəsində, “bir pəncərə” deyil, “iki pəncərə” var” - RƏY

“Buraxılış məntəqəsində, “bir pəncərə” deyil, “iki pəncərə” var” - RƏY

“Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri yenidən gömrük-sərhəd buraxılış məntəqələrindən birində görüşüblər. Görüşdə sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini müzakirə ediblər”.

Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb:

“Bildiyim qədər son dövrlərdə bu iki qurumun generalları bir neçə dəfə eyni məqsədlə müxtəlif gömrük-sərhəd buraxılış mətəqələrində görüşüblər. Son zamanlar buraxılış məntəqələrində DGK tərəfindən müəyyən islahatlar aparılsa da, bəzi neqativ hallar aradan qaldırılaraq müsbət irəliləyişlər əldə olunsa da, keçid prosesini sürətləndirmək mümkün olmayıb.

Hamı bilir ki, bu iki qurum arasında sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı ciddi ziddiyyətlər var. Bu ziddiyyətlər bəzi hallarda, hətta bu iki qurumun buraxılış məntəqələrindəki rəhbərləri arasında qarşıdurma səviyyəsinə gəlib çatıb. Əslində bu ziddiyyətlər də qanunvericilikdəki boşluqlardan qaynaqlanır. 

Yenə də hər iki qurumun paralel yoxlamaları, hər iki qurumun eyni məlumatları paralel olaraq özəl informasiya sistemlərinə daxil etmələri davam edir.

Avtomobillərə həm DGK baxış keçirir, həm də DSX, pasport və avtomobilin texniki pasport məlumatlarını müxtəlif informasiya sistemlərinə həm DGK daxil edir, həm də DSX. Hələ də bu iki qurum arasında informasiya sistemlərinin inteqrasiyası yoxdur.

Yəni, sərhəd buraxılış məntəqəsində, “bir pəncərə” deyil, “iki pəncərə” var. Fikrimcə, sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün qanunvericilik yenidən işlənməlidir. İndiki halda artıq məlumdur ki, mövcud hüquqi baza ilə keçid prosesinin sürətləndirilməsində bundan artığına nail olmaq mümkünsüzdür”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 771