hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Camaatın halal haqqını niyə vermirsiniz?” - Tanınmış həkimdən ETİRAZ

“Camaatın halal haqqını niyə vermirsiniz?” - Tanınmış həkimdən ETİRAZ

Tanınmış pediatr Vaqif Qarayev də son günlərin əsas müzakirə mövzusuna çevrilən koronavirus xəstələrini müalicə edən həkimlərin əməkhaqqının verilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

Cebhe.info xəbər verir ki, Vaqif Qarayev yayılan məlumatların inandırıcı olduğunu deyib.

“Bu mövzuya toxunmaq istəmirdim. Pandemiyanın ön cəbhəsindəki həkimlərə və İTS ilə çalışan tibb müəssisələrindəki həkimlərə əlavə maaş verilmir. Kifayət qədər şikayət var və artıq bu həkimlər dilə gəlib.

Müxtəlif şayiələr gəzir, hamısı da inandırıcıdı. Niyə vermirsiz camaatın halal haqqını? Deputat xanım deyir ki, virusdan qorxub işdən çıxan həkimləri heç özəl klinikalar da işə götürməməlidir. Yaxşı ki, həbsə atmaq lazımdır deməyib. İşləyənlərin halal haqqını ödədiniz ki, indi işdən gedənləri cəzalandırmaq istəyirsiniz?”, - deyə Qarayev bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 10264