hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

“Cəhənnəm istisi” gəlir: Yeni fəlakət proqnozu

“Cəhənnəm istisi” gəlir: Yeni fəlakət proqnozu

Keçən ay Kanadada və keçən il Sibirdə rekordları qıran istilik dalğasına qlobal istiləşmənin sürətli templəri səbəb olub.

Cebhe.info xəbər verir ki, İsveçrənin Sürix Ali Texniki Məktəbinin alimləri bu qənaətə gəlib və araşdırmanın nəticələrini "Nature Climate Change" jurnalında dərc ediblər.

Tədqiqatçılar önümüzdəki əsrdə fəlakətgətirəcək hava proqnozlaşdırıblar. Məqalənin müəllifləri qeyd ediblər ki, qlobal fəlakət nəticəsində "Cəhənnəm istiləri"gözlənilir və bu, meşə yanğınlarına səbəb olacaq.

Müəlliflərin fikrinə görə, hazırda bəşəriyyət çox sürətli istiləşmə dövründə olduğundan yeni istilik rekordlarına hazırlaşmaq lazımdır.

"Hər on ildə istilik 0,2 Selsi dərəcəsi artır. Bu rəqəmin dəyişməsi qlobal istiliyin miqyasından yox, sürətindən asılıdır."

Qlobal istiləşmə yüksək karbon tullantıları "ssenarisində"baş verir",-məqalədə qeyd edilib. Bildirilib ki, karbon tullantılarının havaya buraxılması indiki tempdə davam edərsə, 2100-cü ilə qədər qlobal istilik 3 Selsi dərəcə artacaq.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 892