hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Çelsi”nin futbolçusu 1 aylıq sıradan çıxdı

“Çelsi”nin futbolçusu 1 aylıq sıradan çıxdı

Futbol üzrə İngiltərə kubokunun finalında “Arsenal”la oyunda (1:2) zədələnən “Çelsi”nin hücumçusu Pedro Rodriqesin vəziyyəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, çiynindən zədələnən ispan oyunçu əməliyyat olunub.

33 yaşlı futbolçunun azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

London klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq Pedronun “Roma”ya keçəcəyi gözlənilir.

Cebhe.info


Oxunma sayı: 2498