hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Cəzalandırmağın bir yolu var - oxumamaq”: Qulu Məhərrəmli 

“Cəzalandırmağın bir yolu var - oxumamaq”: Qulu Məhərrəmli 

Bəzi xəbər mənbələrinin İP toplamaq və oxucu sayını artırmaq üçün doğru olmayan, şişirdilmiş, mötəbərliyi şübhə altında olan informasiya yayması getdikcə adi hal alır.

Xəbər saytlarının bir çox hallarda sosial medianın yerini tutmaq cəhdi cəmiyyətin informasiya təminatında bir sıra problemlər yaradır. Son belə hal ABŞ Prezidenti Donald Trampın ölümü, dünyanı radiasiya təhlükəsinin gözləməsi kimi xəbərlərin yayılmasında müşahidə olunub.

"Jurnalistikanın inkişafına yardım" Fondunun sədri, professor Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında “Belə xəbərlər həmişə olub. Lakin özünə hörmət edən saytlar belə xəbərləri verməməlidir. Məlumdur ki, məqsəd gündəmi tutub auditoriya toplamaqdır. Başa düşmək lazımdır ki, bu xəbərlərdən sonra bir də oxucunun üzünə baxmaq lazımdır. Xəbərə verilən şərtlərə görə, xəbər dəqiq, dürüst olmalı və müxtəlif mənbələrdən dəqiqləşdirilməlidir. Xəbərə qeyri-ciddi yanaşma peşəkar medianın sferasından çox uzaqdır. Belə məlumatların heç birini ciddi sayt vermir”, - deyib.

Mütxəssisin fikrincə, saytlar ciddi və qeyri-ciddi olmaqla iki yerə bölünür: “Bu qəbildən məlumatları verib xof, sensasiya yaratmaq və bundan reytinq toplamaq olmaz”.

Oxucuları bu kimi saytlarla mübarizə aparmağa səsləyən Q. Məhərrəmli cəzalandırma yolunu da göstərib: “Cəzalandırmağın bir yolu var - oxumamaq”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 1596