hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

“Çin uyğurlara qarşı soyqırım törədir” - ABŞ dövlət katibi

“Çin uyğurlara qarşı soyqırım törədir” - ABŞ dövlət katibi

ABŞ-da Çini uyğurlara qarşı soyqırımda günahlandıran daha bir bəyanat yayılıb.

Cebhe.info xəbər verir ki, bəyanatın müəllifi AbŞ dövlət katibi Mayk Pompeodur. O, Çini uyğurlar və digər etnik qruplara qarşı soyqırım siyasətində ittiham edib.

Pompeo bildirib ki, insanlığa qaşrı cinayət törədilir, şəxslər həbs olunur, fiziki azadlığı məhdudlaşdırılır və bu siyasət Uyğur bölgəsində milyondan artıq dinc sakini əhatə edir:

“Onlar dini inanc azadlığından, söz və ifadə azadlığından məhrum olunurlar. Belə hərəkətlər Çin xalqının və dünyanın sivilizasiyalı xalqlarının təhqir olunması deməkdir”.

Pompeo Çin Kommunist Partiyası və ölkə rəhbərliyinin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 958