hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Daloy çar”: Rusiyada Putinə etiraz aksiyaları başladı-FOTOLAR

“Daloy çar”: Rusiyada Putinə etiraz aksiyaları başladı-FOTOLAR

Bu gün Rusiyada həbs olunan müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilir.

Cebhe.info xəbər verir ki, artıq Vladivastokda aksiyadan ilk xəbərlər gəlib. Çox sayda etirazçının saxlanıldığı bildirilir. Onlardan biri də tanınmış videobloqqer Yuri Duddur. O, Navalnının həbsini qanunsuz adlandırıb və hökumətə bunun nəticələri barədə xəbərdarlıq edib.

İlkin məlumatlara görə, aksiyada 15 nəfər saxlanılıb. Onlar "Daloy çar" şüarı ilə küçələrə çıxaraq Putini istefaya çağrıblar.

Sibirdə də Navalnıya dəstək aksiyaları başlayıb. İrkutskda Navalnı tərəfdarları "Biz burada hakimiyyətik" şüarı səsləndiriblər. Mərkəzi küçələrdə yüzlərlə etirazçı hərəkət edir. Burada polisin hələlik güc tətbiq etmədiyi bildirilir.

Ancaq 10 şəhərdə ümumilikdə 44 şəxsin saxlanıldığı bildirilir.

Artıq Navalnının komandası aksiyaların ilkin nəticələri barədə məlumatlar hazırlayır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3246