hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir” – RƏY

“DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir” – RƏY

Avqustun 29-u Dövlət Gömrük Komitəsində (DGK) ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. İştirakçılar arasında Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndələri olmayıb.

Cebhe.info xəbər verir ki, məsələyə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Müşahidələr göstərir ki, hazırda gömrük- sərhəd buraxılış məntəqələrində əsas problem DGK və DSX arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də bu problem öz həllini tapmayıb.

Hazırda real durum belədir ki, sərhəddə “iki pəncərə”, DGK və DSX pəncərələri var bütün gömrük-sərhəd proseduraları paralel olaraq hər ikisində aparılır. Əlavə, lazımsız proseduralar mövcuddur. Bir neçə yerdə passport yoxlamaları var.

Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır.

Qeyd etmək lazımdır ki, son zamanlar gömrük sistemində xeyli müsbət dəyişiklik baş verib. Sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün gömrük proseduralarının sadələşdirilməsi məqsədilə müəyyən addımlar atılıb. Amma müşahidələr göstərir ki, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə iki əsas problem həllini tapmalıdır:

1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, yenidən tənzimlənməlidir. Əgər biz istəyiriksə ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə edək, onda vacibdir ki, bu iki qurum arasında yoxlamalardakı paralelilik aradan qaldırılsın.

2. Gömrük Məcəlləsi yenidən işlənməlidir. Gömrük tariflərinə yenidən baxılmalıdır. DGK Gömürk Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olar ki, işlər aparırdı, bir xeyli görüşlər keçirilib təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında, məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır".

Əhməd
Cebhe.info


Oxunma sayı: 661