hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Doğulanda pul, öləndə pul..." - Nuri Suri ödənişlərdən şikayətləndi

“Doğulanda pul, öləndə pul..." - Nuri Suri ödənişlərdən şikayətləndi

Müğənni Nura Suri yaşadığı binaya gələn əmlak vergisindən şikayət edib.

Müğənni bu barədə şikayətini şəxsi "facebook" hesabında yazıb.

Cebhe.info sözügedən statusu təqdim edir:

"Başa düşə bilmirəm, biz niyə öz pulumuzla aldığımız evə görə hər ay vergi ödəməliyik? Evi alanda vergi, satanda vergi, yaşayanda vergi, su pulu, işıq pulu, qaz, kanalizasiya, binaya ev pulu, dayanacaq pulu... Saymaqla bitmir. Udduğumuz havaya da bu gün sabah vergi alacaqlar. Bu planetdə doğulduğuna görə necə şanssız məxluqdur insan. Əvvəldən seçimim olsaydı, bazar planetində doğulmazdım. Doğulanda pul, öləndə pul..."

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 760