hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Dolların ucuzlaşması gözlənilir” – Ekspert

“Dolların ucuzlaşması gözlənilir” – Ekspert

Beynəlxalq maliyyə bazarlarında dollara nisbətən məzənnələrin 1% və neft fyuçerslərinin 69$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir və təhlillərə əsasən, əlavə olaraq 1% də ucuzlaşa bilər.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, 2019-cu ilin son 6 ayı ərzində Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsi ilə bağlı sərt qərarlar verməməsi onu göstərdi ki, ABŞ iqtisadiyyatı idxal əməliyyatlarından zərərlə çıxır:

“Əslində, dolların bahalaşması ABŞ daxilində ixracın səviyyəsinə təsir göstərir. Məhz dolların bahalaşması xüsusi ilə qeyri-neft sektoruna məxsus ölkələrə təsir edir. ABŞ başa düşdü ki, baha dollarla üstünlüyə deyil, ixracatın azalmasına nail olub. Buna görə də, ABŞ dünyada dollar kursunu stabil saxlamağa çalışacaq”.

Ekspert qeyd edib ki, dünyada dolların ucuzlaşması və neftin bahalaşması da gözləniləndir:

“Hesab edirəm ki, dollar aşağı düşəcək, lakin bu ABŞ-ın xeyrinə olacaq. Eyni zamanda neftin də qiymətində bahalaşma olacaq. Nəticədə dolların ucuzlaşması, neftin isə bahalaşması ABŞ-ın məqsədli şəkildə həyata keçirdiyi strateji siyasətin əsas hədəflərindən biridir”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 3741