t “Dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faizdir” - Ekspert
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

“Dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faizdir” - Ekspert

“Dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faizdir” - Ekspert

“Fitch” beynəlxalq kredit agentliyi həm Azərbaycanın ölkə olaraq, həm də aparıcı dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib.

Sonuncu dəfə SOCAR-ın reytinqi 2019-cu ilin martında, ölkə reytinqi iyulda təsdiqlənmişdi.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev ölkə reytinqi ilə bağlı diqqət çəkən məqamları diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq agentliklərin verdikləri reytinqlər həm dövlətin özünə, həm də onun ayrıca götürülmüş bir subyektinə verilir:

“Xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı belə reytinq çox önəmlidir. Kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi risklərinin qiymətləndirir. Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir. Azərbaycanın reytinqi ilə bağlı ən vacib məqamlar: Bu dəfə də ölkənin reytinqi investisiya deyil, spekulyativ səviyyəyə uyğundur və BB+ səviyyəsində təsdiqləyib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilir. Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması ölkənin güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir. Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur. Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətini 4.2 faizə enməsinə səbəb olacaq. Halbuki 2019-da bu rəqəm 6 faiz ətrafında idi”.

Rövşən Ağayev onu da qeyd edib ki, xarici borcun ÜDM-ə nisbəti 18.9 faizdir və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır:

“Lakin dövlət zəmanətilə alınan və "şərti öhdəlik" hesab olunan borclar daha böyükdür və onların ÜDM-ə nisbəti 31 faizdir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faiz təşkil edir. Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələri ilə bağlıdır. Dövlət borclarının 94 faizi xarici valyutadır və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir”.

Ekspert onu da deyib ki, hesabatda ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır:

“Azərbaycanda bu 67.2 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 21.8 faiz təşkil edir. Ölkədə real iqtisadi artım (2%) "BB" səviyyəsi üçün hazırkı medaian həddən (4%) 2 dəfə aşağıdır. Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33.7 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 47.7 faizdir. Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti (1.8%) təşkil edir k, bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (9.2%) əhəmiyyətli dərəcədə aşağıdır. Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdəliklərinin nisbəti) ÜDM-ən nisbəti 79.5 faizdir. Halbuki "BB" səviyyəsi üçün hazırkı medaian hədd - 2.5 faiz təşkil edir. Beynəlxalq Bankının mənfəətinin və kapitalizasiyasının artması, aktivlərinin keyfiyyətinin yüksəlməsi qeyd edilir, amma hələ də böyük həcmdə (800 milyon USD) açıq valyuta mövqeyinə malik olduğu bildirilir. 2017-ci ildə həmin rəqəm 1.7 milyard dollar idi”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1079