hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

“Əgər mən ölsəm...”-Prezident xüsusi dekret imzaladı

“Əgər mən ölsəm...”-Prezident xüsusi dekret imzaladı

Belarus Prezidenti Aleksandr Lukaşenko vəfat edəcəyi təqdirdə “Ölkənin suvenrenliyinin və konstitusiya quruluşunun müdaifəsi ilə bağlı" Dekret imzalayıb.

Cebhe.info xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında bildirilir.

Dekretdə bildirilir ki, bu halda ölkədə fövqəladə və ya hərbi vəziyyət elan olunur. Təhlükəsizlik Şurası bu rejimin tətbiqi ilə bağlı tədbirlər görür. Təhlükəsizlik Şurasının qərarlarının icrası vacibdir və sözsüz icra olunmalıdr. Bundan başqa TŞ qubernatorlarla birgə əsas məsələnin təşkili istiqamətində fəaliyyətə başlayacaq. Bu məsələ ölkədə seçkinin keçirilməsidir. Dekret imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, aprelin ortalarında Lukaşenko həyatına təhdid olması barədə narahatlığını bölüşüb və ona sui-qəsd hazırlayan qrupun olduğunu bildirib. O, bu məsələyə ABŞ xüsusi xidmət orqanlarının da cəlb edildiyini deyib. Bildirir ki, qiyamçılar hakimiyyəti silah yolu ilə devirməyə cəhd edirlər.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2894