hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

“Əhalinin rifahının yaxılaşdırılmasına yönəlik istənilən addım təqdirəlayiqdir” - Rafiq Daşdəmirli 

“Əhalinin rifahının yaxılaşdırılmasına yönəlik istənilən addım təqdirəlayiqdir” - Rafiq Daşdəmirli 

Ölkə Prezidenti İlham Əliyev ötən gün minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Qeyd edək ki, sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək. Dövlət başçısı bundan əvvəl, mart ayında minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncam verib. Ümumiyyətlə, bu ilin 6 ayı ərzində bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilib. Xalqı narahat edən bir sıra problemlərin həlli ilə bağlı addımlar atılıb. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli Cebhe.info-ya açıqlamasında minimum əməkhaqqının artırılmasının önəmli və vacib addım olduğunu bildirib: “Ölkə başçısının qərarını  təqdirəlayiq hesab edirik. Sərəncama əsasən, müəllimlərin, hərbçilərin, gömrük işçilərinin, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının əməkhaqqı da artacaq. Bu sərəncamları müsbət addım kimi qiymətləndiririk. Xalqın rifahının yaxılaşdırılmasına yönəlik istənilən addım təqdirəlayiqdir”. 

Vilayət 
Cebhe.info


Oxunma sayı: 1673