hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

“Elbrus Orucov Arif Paşadan xahiş etdi ki, onun evinə gedib, vətən xaini olmadığını ailəsinə desin”- Qalmaqallı söhbətin şahidi danışdı 

“Elbrus Orucov Arif Paşadan xahiş etdi ki, onun evinə gedib, vətən xaini olmadığını ailəsinə desin”- Qalmaqallı söhbətin şahidi danışdı 

General- mayor Elbrus Orucov Şuşanın işğalı ilə bağlı yerli mətbuata verdiyi müsahibədə ünvanına səsləndirilən ittihamları qəbul etməyərək 811-ci alayın sabiq komandiri, polkovnik Arif Paşanın ondan üzr istədiyini bildirib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Arif Paşa isə əksinə, Elbrus Orucovun ondan üzr istədiyini deyib. “Birinci dəfə 1998- ci ildə mən həbsdən cıxdıqdan sonra yaşadığım qəsəbəyə gələrək ordakı "Asiman" restoranının yanında üzr istəyib. O zaman yanımda Seyfullayev Telman Saleh oğlu da olub. İkinci dəfə 2014-cu ildə Elmlər Akademiyası yaxınlığındakı kafede olub. O zaman Şuşa batalyonunun komandiri olmuş Fəxrəddin Səfərov və Qubadlı rayonunun komendantı olmuş Saleh Rüstəmov da orada idi”, - deyə A.Paşa bildirib. 

Məsələ ilə bağlı hadisəyə şahidlik edənlərdən Saleh Rüstəmovla əlaqə saxladıq. S.Rüstəmov Cebhe.info-ya açıqlamasında həmin vaxt orada olduğunu təsdiqləyib: “Həmin gün mən də orada idim. Elbrus Orucov etdiyi səhvləri etiraf etdi. Arif Paşa da onun etdiklərini, elədiyi səhvləri onun üzünə dedi. Elbrus Orucov da Arif Paşanın dediklərini qəbul etdi. Söhbət bu cür olub”. 

“Asiman” restoranın yaxınlığında olan söhbətə şahidlik edən Seyfullayev Telman isə Elbrus Orucovun Arif Paşanın yanına xahişə gəldiyini deyib: “Təxminən may ayının 17-si olardı. Arif Paşayla “Asiman”da oturmuşduq. Elbrus Orucov gəldi. Elbruz Orucov Arif Paşaya dedi ki, ona evində də vətən xaini olduğunu deyirlər. Hətta başqa şəxsi məsələdən də danışdı. Bildirdi ki, Arif Paşa gəlib onların evində desə ki, Elbrus Orucov vətən xaini deyil, ailəsi ancaq ona inanar. Çünki ailəsi belə deyir. Elbrus Orucov hətta oğluna məktəbdə olan münasibətdən də şikayətləndi. Arif Paşadan xahiş etdi ki,  evinə gedib onun vətən xaini olmadığını desin. Elbrus Orucov gedəndən sonra Arif Paşadan “Gedəcəksən?”, - deyə soruşdum. Arif Paşa da dedi ki, mümkün olan iş deyil”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 2773