hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“Əli Kərimlinin ətrafından daha çox qopmalar olacaq”- Rəfail Becanov

“Əli Kərimlinin ətrafından daha çox qopmalar olacaq”- Rəfail Becanov

Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın fəal üzvlərindən olan Namiq Sadıqlının istefası hələ də müzakirə mövzusudur.

Namiq Sadıqlı istefasının səbəbi kimi Əli Kərimlinin siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kampaniya aparmasını, azad, fərqli düşüncəli şəxslərə qarşı hücumunu, özünü "demokrat lider” adlandırıb, diktatorluğa daha çox meyl göstərməsini, partiya sədrlərindən heç birinin adını çəkərək birliyə çağırmamasını, hakimiyyəti dəyişmək üçün yox, yalnız ana müxalifət kürsüsünü qoruyub saxlamağa cəhdini göstərib. 

Beləliklə, bir zamanlar Kərimlinin yanında olan bu şəxs  “Yurd” sədri barədə söylənilənləri bir daha təsdiqləyib. 

Yarandığı ilk zamanlardan bəri AXCP-də təmisl olunan Rəfail Becanov “Bakı-Xəbər” qəzetinə məsələ ilə bağlı açıqlamasında bildirib ki, istefa verən gəncin sadaladığı səbəblər çoxdan bəllidir: “Əli Kərimli bu prosesə çoxdan başlayıb. Hələ mən gəncin yazdığı səbəblər sırasına bir neçəsini də əlavə edə bilərəm. Əli Kərimli bu avtoritar idarəetməyə 1995-ci ildən start verib. AXCP-də əlinə səlahiyyət keçən kimi belə siyasət yürütməyə başlayıb. Bunun da nəticəsində AXCP-də parçalanmaların əsası qoyulub. Hazırda Namiq Sadıqlı və digərlərinin Əli Kərimlinin idarəçiliyi ilə bağlı yazdıqları siyasi cameədə olanlar üçün yenilik deyil. Əli Kərimli nəinki tənqidə, hətta alternativ fikrə belə dözümsüzlük nümayiş etdirir.

Həyatını bu prosesə həsr edənlər təbii ki, ömürlərini orada başa vurmaq istəmirlər. Ayılırlar, görürlər ki, belə siyasətlə uzağa getmək olmaz. Yaranmış vəziyyət hər cür təmiantı olan Əli Kərimlini qane edə bilər, başqalarını yox. Həmin gənclər də öz bacarıqlarını dövlət quruculuğuna sərf etmək istəyirlər. Ancaq onlardan aralanmaq, düz yola qayıtmaq istəyənə birmənalı olaraq satqın damğası vurulur. Siyasi təşkilata üzv olanda kiminsə qarşısına belə öhdəlik qoyulmur ki, orada ömürlük qalmalıdır. “Hamı pisdir, biz yaxşıyıq”, “Bütün seçkiləri boykot edək”, “Bu dövləti bizdən başqa kimsə düzəldə bilməz” kimi şüarlarla uzağa getmək olmaz. Demokratiyanı necə imitasiya edirlərsə, adamlarla bağlı da eyni cür davranırlar. Artıq bizim dediklərimizi öz daxillərində olanlar da etiraf edirlər. Müqavimət göstərmək lazımdır, adam yerini bilsin, gənclərin beynini pozmasın. Bu avtoritar idarəetmə sona qədər gedə bilməz. Əminəm ki, yaxın zamanlarda Əli Kərimlinin ətrafından daha çox qopmalar olacaq. Siz Əli Kərimlinin təşkilatının “vitrininə” fikir verin, görün orada bir nəfər də olsun  AXCP ilə dərindən bağlılığı olan adam varmı? Belə adamlar başqa partiyalarda olsa da, orada yoxdur. Bu şəraiti Əli Kərimlinin özü yaradıb”.

Cebhe.info


Oxunma sayı: 2729