hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Əli Kərimlinin piketdə məqsədi müxalifət adına zərbə vurmaq idi” - Rəfail Becanov

“Əli Kərimlinin piketdə məqsədi müxalifət adına zərbə vurmaq idi” - Rəfail Becanov

Milli Şuranın Bakının mərkəzində 8 oktyabrda keçirdiyi icazəli piketində qeydə alınan təxribat xarakterli hərəkətlər ciddi narazılıq yaradıb.  

Milli Şuranın faktiki rəhbəri Əli Kərimli  aksiyadan əvvəl xüsusilə sosial şəbəkələrdə piketə çağırışlar etsə də, özü həmin gün ərazidə görünmədi. Əvəzində təlimatlandırdığı şəxslər tərəfindən icazəli aksiyada təxribata, ictimai asayişin pozulmasına cəhdlər oldu,q anunvericiliyin tələbləri pozuldu.  Bununla da Əli Kərimli icazəli aksiyalarda belə qarışıqlıq yaratmaq istəyini açıq şəkildə ortaya qoydu. 

Yarandığı ilk dövrlərdən AXCP-də təmsil olunan Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bununla Əli Kərimli və tərəfdarları həm də müxalifətin imicinə böyük zərbə vurdular:

“Birincisi, bu ölkədə yalnız onlar piket keçirmək istəmir. Başqa müxalifət partiyaları da var ki, onların da piket keçirmək hüququ var. İndi sual oluna bilər ki, əgər piketə icazə verilmişdisə, niyə qaydalara əməl olunmadı? Təşkilatçılar bunu etməyə borclu idi. Piketə qanunvericilikin tələblərinə uyğun sayda adam çıxmalıydı. Bununla Əli Kərimli bir neçə məqsəd güdürdü. Birincisi, göstərmək istəyirdi ki, guya arxasında güc var. Əslində, bu, bir şou idi. Ona aksiya demək olmaz. İkinci məqsədi isə müxalifətin adına zərər vurmaq idi. Bunu da etdi. Artıq onlar hökumətin əlinə kifayət qədər əsas verdilər ki, gələcəkdə şəhərin mərkəzində aksiyalara icazə verilməsin. Əli Kərimli guya hökumətə güc göstərmək istəyirdi, ancaq müxalifətə yeni bir torba tikmiş oldu.  Əli Kərimli bununla istəyinə tam nail oldu. Ancaq aksiyası alınmamaqla nə müxalifətə, nə də iqtidara əzələ nümayiş etdirə bildi. Göründü ki, heç böyük izdiham da yarada bilmədilər. Bir neçə radikalı xahiş və minnətlə ora çıxarmışdılar. Həmin aksiyanı sivil formada da keçirmək olardı. Tam aydın oldu ki, bunlara normal tədbir yox, qarşıdurma yaratmaq maraqlı olub. Buna da nail olmadılar. Çünki asayiş keşikçiləri də çox normal davranış nümayiş etdirdilər, onların provokasiyasına uymadılar. Əslində, təşkilatçılar hakimiyyətin verdiyi bu imkandan daha yaxşı yararlana bilərdilər. Sonra əllərində “Nümunəvi davranış ortaya qoyuruqsa, niyə aksiyaya icazə vermirsiniz?” deməyə əsas olardı. Bundan sonra həmin sözü heç bir müxalifət partiyası deyə bilməyəcək. Bu da Əli Kərimlinin növbəti “xidməti” oldu”.

Cebhe.info


Oxunma sayı: 1860