hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Elm və təhsilə ayrılan xərclər azaldılacaq” - YENI BÜDCƏ

“Elm və təhsilə ayrılan xərclər azaldılacaq” - YENI BÜDCƏ

“Milli Məclisin sabah, növbədənkənar sessiyasında 2020-ci il dövlət büdcəsində elm və təhsillə bağlı xərclərin həcmində dəyişiklik edilməsi və azaldılması nəzərdə tutulur. Birincisi xatırladım ki, 2020-ci ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənib. Təhsil xərclərinin həcmi isə 3 milyard 155 milyon 797 min 681 manat məbləğində müəyyənləşib”.

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

K.Əsədov bildirib ki, təhsil xərclərində azalmalar nəzərdə tutulur:

“Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min 72 manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat həcmində təsdiqlənsin (Elm xərcləri 6 milyon, Təhsil xərcləri 120 milyon manat azalır). 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7%-ni təşkil edib. İndi isə bu xərclərin 4 avqustda azaldılması nəzərdə tutulur. Amma bunu bəziləri yanlış başa düşüb. Bu dəyişiklik təhsil sahəsində əmək haqqlarının azaldılmasını nəzərdə tutmur. Nə də ki, bu azalmalardan sonra tələbə təqaüdləri azalmayacaq, verilməsində problemlər olmayacaq”.

Kamran Əsədov qeyd edib ki, xərclərin azalmasının səbəbi isə mart ayından etibarən bu sahədə işin dayanması və xərclərin olmamasıdır:

“Belə ki, ölkədə 4447 dövlət orta məktəbi, 40 dan çox dövlət ali, 50 dən çox dövlət orta ixtisas təhsili müəssisələri, 100 dən çox peşə təhsili müəssisəsi var və hər ay onların işıq, su, istilik sistemi, qırılmış şüşə, parta, lamuçka, ağ kağız, printer, təbaşir və digər təşkilati xərclər mart ayından etibarən 6 ay ərzində istifadə olunmayıb. O xərcləri büdcə xərclərindən çıxacaqlar. Eyni zamanda, elm sahəsində də tədqiqat işlərinin aparılmaması və digər təşkilati fəaliyyətin olmaması xərcləri azaldıb. Ezamiyyət, tədbirlərin təşkili kimi xərclər həyata keçirilməyib. Bundan başqa saat heabı dərs deyən şəxlərə əmək haqqları ödənməyib. Qısası, büdcədə xərclərin həcmində müəyyən azaldılmaların təhsil sistemində çalışanların və təhsil alanların əmək haqqlarına, təqaüdlərinə heç bir təsiri olmayacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 6700