hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

“Elmar müəllim düz deyib” – ŞƏRH

“Elmar müəllim düz deyib” – ŞƏRH

“Elmar Məmmədyarov erməni jurnalistinə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?”.

Cebhe.info xəbər verir ki, bu məsələyə iqtisadçı-ekspert Natiq Cəfərli münasibət bildirib.

Ekspert deyib ki, Ermənistan torpaqları müvəqqəti işğal edib, enində-sonunda o torpaqlardan qovulacaq, bunu indiki hökumət edə bilməsə, sonra qurulacaq demokratik hökumət edəcək, nəticədə indi "qazanc" kimi görünən bütün üstünlükləri itirəcəklər:

“İkincisi, əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi. Bundan əlavə ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər, münaqişə olmasaydı bu gün erməni əsilli Azərbaycan vətəndaşları BP-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanacaqdılar, Milli Məclisdə təmsil olunacaqdılar. Bunları nəzərə alsaq Elmar müəllim düz deyib, bənzər sualı mən 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə vermişdim və öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini anlatmışdım”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 815