hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ərazisini hava hücumundan tam qoruya bilən ölkə yoxdur” – RƏY

“Ərazisini hava hücumundan tam qoruya bilən ölkə yoxdur” – RƏY

Dünyada bütün ərazisini hava hücumundan tam qoruya bilən ölkə yoxdur.

Cebhe.info-nun xəbərinə görə, bu barədə iqtisadçı Elçin Bayramov bildirib:

“Bizdə də Hava Hücumundan Müdafiə sistemləri atılan raketlərin 90 faizini vurur. “S-300”-ün biri yarım milyard dollardır. Ona görə də onları çox əldə etmək olmur. Çox alınsa belə, xeyri yoxdur. Eyni anda eyni yerə 12 raket gəlirsə, demək 2-si düşəcək.

Əsas Hava Hücumundan Müdafiə sistemləri Bakı və Mingəçeviri qorumağa yönəlib. Amma son günlərdə Gəncənin havadan müdafiəsi üçün əlavə tədbirlər görülür. Dünən 7 raket havada vurulub, 2-si düşüb. Tezliklə Qarbağın azad olunması başa çatacaq ondan sonra Ermənistanın hər belə zərbəsinə 20 adekvat zərbə ilə cavab veriləcək və nəhayət terrorçu dövlət belə alçaqlıqdan əl çəkməyə məcbur olacaq. Hələlik isə Gəncədə hər həlak olan şəxsə qarşı Qarabağda əsgər və zabit öldürürük.

Bizə Ermənistandakı hansısa qoca arvadın yox, cəbhədəki terroristin məhv edilməsi vacibdir. Yaxında Gəncəni vuran raket kompleksləri dəqiq zərbə ilə məhv ediləcək. Keçən dəfəki kimi”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 3444

Bizim Telegram səhifəmizi izləyin