hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Ərdoğan gəlib başınızı əzəcək” - Siyasi fəal ərəb dünyasını qarışdırdı

“Ərdoğan gəlib başınızı əzəcək” - Siyasi fəal ərəb dünyasını qarışdırdı

Yəmənli siyasi fəal Əsad əl- Şarilin sosial şəbəkə hesabındakı çıxışı marağa səbəb olub.

O, "Yaxın zamanda türk bayraqdarını səmalarımızda görəcəyik. Birləşmiş Ərəb Əmirlikləri və səudiyyəlilərin bütün planlarını yerlə bir edəcək. Allahın izni il gələcək türklərindir, osmanlılarındır",-deyə yazıb.

Cebhe.info xəbər verir ki, o, "Siz kimsiniz? Babalarınızın burnunu sürtmək üçün Osmanlı mədəniyyəti gəlir. Ey osmanlılar, xoş gəldiniz! Osmanlı nəvəsi Ərdoğan, xoş gəldin! Ərdoğan bu dönəmin Ərtoğruludur. Bu gün Livanda, sabah Yəməndə olacaq.

Gəlib başınızı əzəcək. Hərbi müsətvidə Oman ilə Türkiyə arasında anlaşma əldə ediləcək. Ərdoğan Yəməndə, Somalidə, Omanda olduğu zaman Səudiyyə Ərəbistanı və BƏƏ bu bölgədə milçək də uçura bilməz",-deyə vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1255