hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

“Ermənilərə zərbə endirilməlidir”-Politoloq

“Ermənilərə zərbə endirilməlidir”-Politoloq

“Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki bölmələri Ermənistanın işğalçı ordusuna zərbələr endirməlidir”.

Cebhe.info xəbər verir ki, bunun politoloq Məhəmməd Əsədulazadə deyib.

O, deyib ki, cəbhə bölgəsində Ermənistanın fəallığı artıb, bölmələrimizə qarşı həmlələr edirlər: “İki hərbçimizin şəhid olması, minatanlardan atışlar və hərbi təyyarəmizə qarşı raket atəşi biabırçılıqdı. Nədənsə, ordu rəhbərliyi quru bəyanatlarla kifayətlənir. Hesab edirəm ki, rəsmi Bakı siyasi iradə ortaya qoymalıdır. Baş verənlər çox acınacaqlıdır. Cəbhə xəttində ermənilərin təxribatı Rusiyadan qaynaqlanır. Göründüyü kimi, Paşinyan iqtidarı artıq ölkəmizə qarşı diplomatik və hərbi cəhətdən hərəkətə keçib”. 
Alçina Amilqızı
 Cebhe.info


Oxunma sayı: 727