hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Ermənilərin dini abidələri dağıtması bəşəriyyətin təhqir olunmasıdır” - TÜRKSOY-un baş katibi

“Ermənilərin dini abidələri dağıtması bəşəriyyətin təhqir olunmasıdır” - TÜRKSOY-un baş katibi

“İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik”.

Cebhe.info xəbər verir ki, bu sözləri Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov bildirib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".

TÜRKSOY-un baş katibi bildirib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir: “Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.

Cebhe.info


Oxunma sayı: 1354