hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

“Ermənilərin qarşısı alınmalıdır” - RƏY

“Ermənilərin qarşısı alınmalıdır” - RƏY

"Dağlıq Qarabağda “Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası” (Confederation of Independent Football Associations, ConİFA) çərçivəsində separatçı və tanınmamış ərazilərin “futbol üzrə Avropa çempionatı”nın keçirilməsinə etiraz edirik". 

Bu sözləri Cebhe.info-ya açıqlamasında Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü deyib. M.Göyüşlü bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş, separatçılar tərəfindən oyuncaq rejim yaradılmış Dağlıq Qarabağda belə bir "yarış"ın keçirilməsi bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. 

Təşkilat sədrinin sözlərinə görə, Dağlıq Qarabağdakı hər hansısa yarışların, çalışmaların, fəaliyyətlərin həyata keçirilməsinə görə razılıq yalnız bir ünvandan - Azərbaycandan alınmalıdır:

"Çünki bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Ermənilərin bu addımının qarşısı alınmalıdır. Hesab edirəm ki, rəsmi Bakı həm diplomatik yolla, həm də hərbi yolla təzyiqi artırmalıdır. Kimlər üçünsə ağlasığmaz və qeyri-insani görünə bilər. Amma hər bir dövlətin öz ərazi bütövlüyünə qəsdə hərbi yolla cavab vermək hüququ var. Mən Azərbaycan Müdafiə Nazirliyinə bir vətəndaş olaraq müraciət edirəm ki, həmin ərazini vursun. Biz belə qətiyyətli və sərt addımlar atmasaq düşmən bizim torpaqda hələ çox at oynadacaq". 

Aydın
Cebhe.info


Oxunma sayı: 2014