hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Ermənistan Azərbaycana son 30 ildə vurduğu ziyanın təzminatın ödəməlidir” – POLİTOLOQ

“Ermənistan Azərbaycana son 30 ildə vurduğu ziyanın təzminatın ödəməlidir” – POLİTOLOQ

Bu gün Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistanın həyata keçirə biləcəyi nəqliyyat və kommunikasiyaların blokdan çıxarılması sahəsindəki layihələrin perspektivləri barədə danışıb.

O qeyd edib ki, xoşməramlı iradə ilə Cənubi Qafqazda nəqliyyat əlaqəsi açılacaq, ticarət inkişaf edəcək, hər iki ölkənin iqtisadiyyatı inkişaf üçün yeni güclü impuls alacaq və insanların həyatı yaxşılaşacaq.

Maraqlıdır, Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdır?

Məsələyə münasibət bildirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Cebhe.info-ya bildirdi ki, ilk olaraq ermənilər bizlə mehriban qonşu münasibətləri qurmalıdır:

“Ermənistan Azərbaycana qarşı bir daha ərazi iddiaları irəli sürməməlidir. Qeyd edim ki, Azərbaycan SSRİ-yə daxil olanda ərazisi 114 min kv.km., çıxanda isə 86,6 min kv.km. idi. Vaxtilə SSRİ beynəlmilər adı altında torpaqlarımızı ermənilərə verib. Bu gün Ermənistan ilk öncə Qarabağa 30 ildə vurduğu ziyanın təzminatını ödəməlidir. Kapitulyasiya imza atan dövlət təzminat ödəməlidir. Nəticədə erməniləri bir daha bizim üstümüzə qızışdırıb göndərməyəcəklər. Onsuz erməniləri həmişə kimsə qızışdırıb üstümüzə göndərib”.
Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 1948