hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi" - Türkiyəli nazir

“Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi" - Türkiyəli nazir

“Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi, mülki şəxslərə hücum edərək insanlığa qarşı cinayətlər törətdi”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül “Twitter” hesabında yazıb.

“Həmişə azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Can Azərbaycan heç vaxt tək qalmayacaq”, - deyən nazir Ermənistanın Gəncə şəhərinə hücumunu pisləyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. İlkin məlumata görə, düşmənin hücumu nəticəsində, 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb.

Cebhe.info


Oxunma sayı: 606

Bizim Telegram səhifəmizi izləyin