hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ermənistan bütün dünya qarşısında özünü biabır edir” – POLİTOLOQ

“Ermənistan bütün dünya qarşısında özünü biabır edir” – POLİTOLOQ

Ermənistan hökuməti özünün səriştəsizliyini və bacarıqsızlığını etiraf etməkdənsə, problemi qarşı tərəfin istifadə etdiyi silahlarda görür.

Artıq dərdini deməyə hami tapa bilməyən Ermənistan indi də NATO-ya nəyi necə edəcəyini öyrətməyə qalxışır.

Belə ki, döyüş bölgəsində dizi yerə gələn Ermənistan Türkiyəni NATO-ya şikayət edərək, həqiqəti əks etdirməyən fikirlər səsləndirib. Bu barədə Rusiyanın “Kommersant” qəzetinə açıqlama verən Ermənistan prezidenti Armen Sarkisyan deyib ki, biz NATO-ya Türkiyənin hazırda etdiklərinə icazə verib-vermədiyini soruşduq.

O həyasızcasına yalanlar uyduraraq deyib ki, guya Türkiyə istehsalı olan “Bayrakdar TB2” dronları yalnız cəbhədə deyil, sivil insanlara da zərər verir. Amma dünyanın da gözü önündə sivilləri hədəf alan Azərbaycan ordusu yox, Ermənistan ordusudur. Əgər Azərbaycan ordusunun önünü sivillər kəsməsəydi, yəni ordumuz sivil erməniləri hədəf alsaydı, Ermənistan adlı dövlər hazırda var olmazdı.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistanın Türkiyəni NATO-ya şikayət etməsi rəsmi Ankaraya heç bir əngəl yarada bilməz:

“Ermənistan hara şikayət edir etsin, o anlamır ki, heç nüfuzlu təşkilatın üzvü də deyil. Əgər o, NATO-nun üzvü olsaydı, bəlkə də hansısa bəyanatı verə bilərdi. Amma hazırda Ermənistan heç kimdir. Məsələnin digər tərəfinə gəldikdə isə silahlar kommersiya məqsədi ilə satılır. Onun NATO və ya hansısa bir qrumun üzvlüyü ilə heç bir əlaqəsi yoxdur. Ermənistan bunu çarəsizliyindən edir. Ermənistan bununla dünya qarşısında özünü biabır edir.

NATO dövlətinə silahı kimə satmağı öyrətmək istəyi cəfəngiyyatdır. Bunun heç bir məntiqi izahı yoxdur. Əminəm ki, Ermənistanın bu bəyanatı rədd ediləcək. Türkiyəyə hansısa ciddi təzyiqdən söhbət gedə bilməz. Doğrudur, Türkiyəyə qarşı indi də təzyiqlər var. Lakin qardaş Türkiyə bunların heç birinə boyun əyməyəcək. Çünki Türkiyə müstəqil dövlətdir və müstəqil siyasəti var”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1860

Bizim Telegram səhifəmizi izləyin