hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

“Ermənistan hərbi texnikanı Xankəndidən çıxarır”: Diversantların qaytarılmasına cavab

“Ermənistan hərbi texnikanı Xankəndidən çıxarır”: Diversantların qaytarılmasına cavab

“Azərbaycanın üç erməni diversantını azad etməsi ötən gün Ermənistan Silahlı Qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrini Xankəndindən çıxarılmasına cavabdır”.

Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədulazadə deyib.

O bildirib ki, Qarabağda Ermənistan Silahlı Qüvvələrinə məxsus texnikalar qalmaqdadır və onların Azərbaycan ərazsində olması Erməsnitanın birbaşa 10 noyabr razılaşmasının pozmasıdır:

“Ermənistan tərəfi hərbi texnikanı çıxarır. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinə gəldikdə, Azərbaycan ilin axırına kimi bu silahlıların da ləğv edilməsinə çalışacaq. Azərbaycan konkret şərtlərlə hərəkət edir və diversantların qaytarılması erməni tərəfi şərtlərə əməl etməklə həyata keçirilib. Digərlərinin qaytarılması zamanala həll ediləcək. İlk növbədə bu Nikol Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaratmalıdır. Çünki Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağla bağlı proseslərdən geri çəkiləcək.

Qeyd edim ki, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb - Sərsəng su anbarına və Xocalıya nəzarəti bərpa etmək. İki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1376