hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ermənistan müharibə cinayətlərini etiraf edir” – Rəy

“Ermənistan müharibə cinayətlərini etiraf edir” – Rəy

“Ermənistanın müharibədə hərbi cinayətlər törətməsini bu ölkənin silahlı qüvvələrinə başçılıq edənlərdən biri general-polkovnik Movses Akopyan dolayı yolla açıq etiraf etdi”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Məhz "İsgəndər" ballistik-taktiki raketinin Azərbaycana qarşı istifadə edilməsini vurğulaması, Ermənistanın regionda nə qədər təhlükəli ölkə olduğunu göstərir. Həm də muharibə cinayətinə imza atdığı sübut olunur. Azərbaycan həmin raketi zərərləsdirməklə, bu raket haqqında miflərə son qoymaqla yanaşı Rusiyanın hərbi sənayesinə də zərbə vurub.

Ermənistanda bu raketlərin heç nəyə yaramadığını anladılar. Daim sabiq Prezident Serj Sarkisyan və Nikol Paşinyanın generalları Bakını ballistik raketlərlə vura biləcəklərini qeyd edirdilər. Azərbaycan Ermənistan ordusunu rüsvayçı şəkildə məhv edərək, əraziləri işğaldan azad etməklə yanaşı, onların raket arsenalında məhv etmiş oldu”.

Politoloq bildirir ki, general-leytnant M. Akopyan Ermənistan ordusunun hazırlıqsız olduğunu və bu raketlərin ölkənin müdafiəsində mühüm rol oynamadığını açıq şəkildə etiraf edib:

“Onun Azərbaycana qarşı ballistik raketdən istifadəni etiraf etməsi sənədləşdirilib bəynəlxalq təşkilatlara göndərilməlidir. Bu ölkədə, hətta “Metsamor” atom elektrik stansiyasının bağlanması da tələb edilməlidir. Ermənistan qeyri-stabil ölkə olaraq terror təşkilatları ilə əməkdaşlıq edən bir ölkədir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 4907

Bizim Telegram səhifəmizi izləyin