hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Ermənistan rəhbərliyi danışıqlarda maraqlı deyil” – ŞƏRH

“Ermənistan rəhbərliyi danışıqlarda maraqlı deyil” – ŞƏRH

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Vaşinqtonda görüşəcəklər. Rəsmi Bakının nəticəsiz danışıqlara getməsi əleyhimizə işləyir”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq qeyd edib ki, prosesin uzanmasına və status-kvonun qorunması üçün belə bir nəticəsiz danışıqlar sadəcə, Ermənistana lazımdır. Onlar da bunu davamlı şəkildə həyata keçirirlər:

“Ümumiyyətlə, Nikol Paşinyan deyir ki, "Qarabağ Ermənistanındır". Yaxşı, əgər Qarabağın işğaldan azad olunması danışıqlar predmeti deyilsə, onda niyə danışıqlara gedirik? 

Qeyd edim ki, danışıqlar yalnız ilkin mərhələdə üç rayonun boşaldılması üçün aparılır. Rəsmi Bakı bunda israrlıdır, Ermənistan isə bunun da əleyhinədir. Deyirlər ki, birinci Qarabağın müstəqilliy, sonra üç rayon... Yaxşı, nədən biz belə danışıqlara ümidliyik?

Danışıqlardan çəkilib, cəbhə boyu təzyiqlərə başlanmalıdır ki, Ermənistan özü real danışıqlarda maraqlı olsun. Hazırda Ermənistan danışıqlarda maraqlı deyil. Rəsmi Bakı Minsk Qrupuna təklif edərək, belə bir danışıqların aparılmasını təkid edir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1431