hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar tətbiq edilə bilər”- VƏKİL

“Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar tətbiq edilə bilər”- VƏKİL

Azərbaycanda fəaliyyət göstərən 531 qeyri-hökumət təşkilatı terror dövləti olan Ermənistanın durdurulması və cəzalandırılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına və Baş katibi Antoniyo Quttereşə müraciət edib.

Həmin müraciətdə oktyabrın 17-də Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə “SCUD/Elbrus” ballistik raketlə hücum etdiyi qeyd edilib: “Nəticədə 13 nəfər ölüb, 40-dan çox yaralanıb. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar və yaşlılar da var. Son iki həftədə artıq üçüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır və indiyə kimi bu hücumlar nəticəsində 27 nəfər mülki şəxs ölüb, 100-dən çox yaralanıb.

Ermənistan hərbi və siyasi rəhbərliyinin münaqişə zonasından çox uzaqda yerləşən və heç bir hərbi zərurət olmadan 500 minlik Gəncə şəhərini bombalaması, qəsdən və məqsədyönlü şəkildə böyük dağıdıcı gücə malik “SCUD” kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi tarixə 21-ci əsrdə insanlıq əleyhinə törədilimiş ən qanlı müharibə cinayəti kimi daxil olacaq.

Azərbaycan ictimaiyyətini üzən və dərindən narahat edən təkcə Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq və terror aktı deyil, bizi ciddi şəkildə hiddətləndirən və narahat edən dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, məhz bunun üçün dünya birliyi tərəfindən yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırımı və müharibə cinayətlərinə səssiz qalmasıdır” - vətəndaş cəmiyyəti nümayəndələri belə qeyd edib.

Müraciətə imza atanlar Azərbaycan QHT-ləri BMT Təhlükəsizlik Şurasından, təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə tərətdiyi cinayəti qəti şəkildə pisləməyi, mandatından istifadə edərək Gəncəni bombalamaq əmri verən və çoxlu sayda mülki əhalini öldürən təcavüzkar Ermənistanın Baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atmağı tələb edib.

Qeyd edək ki, yaxın tarixdə dinc insanlara qarşı kütləvi qətllər həyata keçirmiş siyasətçilərə və hərbçilərə qarşı beynəlxalq cəza mexanizmləri tətbiq edilib. İkinci Dünya Müharibəsində milyonlarla insanın qətl edilməsinə, o cümlədən 1 milyon yəhudinin soyqırıma məruz qalmasına səbəb olmuş alman faşistləri Nürnberq məhkəməsində ən ağır şəkildə cəzalandırılıb.

Yaxud 1990-cı illərdə Bosniya və Hersoqovinada, Kosovoda soyqırımlar həyata keçirdiyinə görə keçmiş Yuqoslaviya Federativ Respublikasının rəhbəri Slabodan Miloşeviç, Radavan Karaciç və digər cinayətkarlar Beynəlxalq Haaqa Məhkəməsi qarşısına çıxarılıb.

Bu baxımdan, beynəlxalq hüquq Gəncə şəhərində və digər bölgələrdə dinc əhaliyə qarşı qətliyamlar törətmiş Ermənistan rəhbərliyinə qarşı konkret cəzalaraın tətbiq edilməsini mümkün edir.

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirdi ki, Ermənistana qarşı beynəlxalq məhkəmədə iki prosedur üzrə iddia qaldırmaq mümkündür:

“Birincisi, beynəlxalq məhkəmələrdə Ermənistan dövlətinin özünə qarşı iddia qaldırmaq. Bu Avropa İnsan Hüquqları Məhkəməsində, BMT-nin İnsan Hüquqları Məhkəməsində həyata keçirilə bilər. İkincisi, bu əməliyyatlara və ya cinayətlərə rəhbərlik etmiş, göstəriş vermiş şəxslərər qarşı iddiadır. Bununla bağlı Haaqa Cinayət Məhkəməsində iddia qaldırılmalıdır. Azərbaycan Haaqa Cinayət Məhkəməsinin üzvü olmadığına görə, bunu etmək çətindir. Lakin digər ölkələrin köməyi ilə bu iddianı qaldırmaq mümkündür. Bu, müharibənin aparılmasında mülki şəxslərin qətlinə yol vermiş şəxslərə qarşı konkret cinayətə işinin açılmasını nəzərdə tutur. Fikrimcə, bu asan deyil. Lakin qeyri-hökumət təşkilatları, ictimai fəallar “Human Rigthts Whatch”, “Amnesty İnternational” kimi beynəlxalq ictimai təşkilatlarla əlaqə yaradaraq belə cinayətlərə BMT-də, Avropa Şurasında, Avropa Parlamentində, Avropa Məhkəməsində qiymət verilməsinə, Ermənistan rəhbərliyinə sanksiyalar tətbiq edilməsinə nail ola bilər.

Əgər müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Avropa dövlətləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək qərarına gəlibsə, eyni üsulu Ermənistana da şamil etmək olar. Bu daha əlçatımlı vasitədir. Məsələn, Paşinyanın özünə, onun komandasına, müdafiə nazirinə dinc insanlara qarşı cinayətə yol vermiş digər şəxslər beynəlxalq sanksiyalara məruz qala bilər. O cümlədən də Ermənistan dövlətinin özünə qarşı sanksiya tətbiq edilməsi ilə bağlı iddia qaldırmaq olar. Avropa Şurasında Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasına nail olmaq olar. Bundan başqa, Ermənistanın iqtisadi əlaqələrinə embarqoların qoyulması, digər ölkələrin Ermənistana silah satışının qadağan edilməsi məncə, daha realdır.

Bu, gələcək üçün də lazımdır ki, Ermənistan dövləti hansı cinayətələrə görə belə sanksiyalara məruz qaldığını anlasın. Ona görə də Ermənistana qarşı üç istiqamətdə beynəlxalaq cəza tədbvirlərinin görülməsinəı nail olmaq olar. Birincisi, Azərbaycan BMT-nin İnsan Hüquqları Məhkəməsində və Avropa Məhkəməsində iddia qaldıra bilər. İkincisi, cinayət müstəvisində onlara qarşı iş qaldırmaq olar. Üçüncü isə siyasi istiqamətdə, yəni beynəlxalq təşkilatlarda Ermənistan dövlətinə və rəhbəliyinə qarşı sanksiyaların tətbiqi iddia qaldırmaq mümkündür”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1728

Bizim Telegram səhifəmizi izləyin