hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“Ermənistanda Türkiyənin siyasi-iqtisadi üstünlüyü baş tutacaq” - ŞƏRH

“Ermənistanda Türkiyənin siyasi-iqtisadi üstünlüyü baş tutacaq” - ŞƏRH

“Ermənistan Cənubi Qafqaz regionunda ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu bir plasdarm rolundadır”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Qərbi təmsil edən Nikol Pasinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı dünən başa çatdı. Məhz Baş nazir Nikol Paşinyan Yerevanda kütləvi mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı.

Böyük mitinqlə xalq ölkədə Köçəryan-Sarksiyan tandeminin bir daha hakimiyyətə gəlməsinin qarşısını aldı. Həmçinin bu mitinq ölkədə hərbi çevrilişin qarşını almaqla yanaşı, bundan sonrakı prosesdə Rusiyanın dəstəklədiyi Baş Qərargah rəisi və Köçəryan-Sarkisyan tandemininin geri çəkilməsinə gətirib çıxara bilər. Çünki mövcud vəziyyət Pasinyanin leyhinədir. Xalq onun hakimiyyətdə qalmasında maraqlıdır. Əgər hərbi çevrilişə növbəti dəfə cəhd olunsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq, Paşinyan hakimiyyəti əldən verməyəcək.

Hazırda Paşinyanın Ermənistanda alternativi yoxdur və Kremlin bir neçə gündən sonra geri addım atması mümkündür. Bununla da Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması reallaşacaq. Onun hökuməti dəyişmək şansları sıfırdır. Nikol Paşinyan müxalifəti tam məğlub etdikdən sonra Köçəryan və Sarkisyanı həbsə göndərəcək. Baş Qərargah rəisinin həbsi də mümkündur.

Payızda ölkənin referenduma getməsi və prezident üsul-idarəsinə qayıtması ilə Paşinyan prezident postunu tutaraq ölkədə stabitliyi təmin edə biləcək. Bu, Ermənistanda üçüncü Respublikanın qurulması olacaq. İndiki şərtlərlə Ermenistanla siyasi-iqtisadi əlaqələr və sülh müqaviləsi mümkün deyil.

Yalnız Nikol Paşinyan üçüncü Respublikanı qurduqdan sonra ölkədə revanşizm məhv edildikdən sonra, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa gedilməsi mümkündür. O, Rusiyanın gələn ildən bu ölkədə mövqelərini zəiflədəcək. Hətta Rusiya hərbi bazasının da çıxarılmasına calışacaq. Paşinyanın əsas planı üçüncü Respublikanı qurmaqdır və burada Rusiya olmayacaq”.

Politoloq qeyd edir ki, hazırda Ermənistanda yaşananlar Paşinyan üçün Rusiyaya qarşı gələn ildən hərəkətə keçmək üçün fürsət verib:

“Bundan sonra Baş nazir Nikol Paşinyan Qarabağla bağlı Azərbaycanla konfontrasiyaya getməyəcək.

Qeyd edim ki, Ermənistanda N.Paşinyanı ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ səfirliyidir və proseslər oradan idarə edilir. Ermənistan Baş Qərargahı isə Rusiyanın 102-ci hərbi bazasından təlimatlar alır.

Azərbaycan Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Hətta Türkiyə Ermənistanla sərhədləri açdıqdan sonra, bu ölkədə Türkiyənin siyasi-iqtisadi üstünlüyü baş tutacaq”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1068